Paris-2024 Yay Olimpiya Oyunlarının proqramı açıqlanıb

2024-cü ildə Fransanın paytaxtı Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarının proqramı açıqlanıb.

Millitribuna.az xəbər verir ki, yarışda ilk medallar iyulun 27-də sahibini tapacaq. Həmin gün idmançılar cüdo, qılıncoynatma, velosiped idmanı, küçə skeytbordinqi, üzgüçülük, suya tullanma, reqbi və atıcılıq üzrə mübarizə aparacaqlar.

Olimpiadanın sonuncu günündə – avqustun 11-də isə güləş, atletika (marafon), ağırlıqqaldırma, basketbol, ​​su polosu, trek velosipedi, pentatlon və həndbol üzrə medalların sahibi bəlli olacaq.

Rəsmi bilet satışı 2022-ci ilin dekabrında başlayacaq. Təşkilatçıların sözlərinə görə, satışa 10 milyona yaxın bilet çıxarılacaq. Onların 1 milyondan çoxu 24 avroya, demək olar ki, 50 faizi 50 avroya, üçüncü kateqroriya 100 avroya satılacaq. Qalan 15 faiz isə daha yüksək qiymətə təklif olunacaq. Ən bahalı biletin qiyməti təxminən 950 avro olacaq.

Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunları iyulun 26-dan avsqustun 11-dək təşkil olunacaq.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.