Bu ilin yanvar-fevral aylarında Azərbaycan qaz ixracını 2022-ci ilin eyni dövrü ilə müqayisədə 13 % artırıb.
Millitribuna.az-ın məlumatına görə, bunu energetika naziri Pərviz Şahbazov özünün “Twitter” səhifəsində yazıb.
Nazirin sözlərinə görə, Azərbaycan Avropaya 1,9 milyard kubmetr həcmində qaz tədarük edib.
P. Şahbazov bildirib ki, bu müddət ərzində Türkiyəyə 1,7 milyard kubmetr, Gürcüstana isə 0,7 milyard kubmetr qaz ixrac olunub.
Nazir qeyd edib ki, yanvar-fevral aylarında Azərbaycan Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə Türkiyəni 0,9 milyard kubmetr qazla təchiz edib.
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app