Pərvindən Şahin Zəkizadənin xanımına: “Hər şeyi açığa çıxarmayım”

Aktrisa Pərvin Abıyevanın mərhum rejissor Şahin Zəkizadə haqqında dediyi “Evlənən günə kimi məni sevdi” sözləri ətrafında qalmaqal bitmək bilmir.

Millitribuna.az xəbər verir ki, rejissorun xanımı Səbinə Zəkizadə məsələ ilə bağlı Axşam.az-a açıqlama verərək aktrisanı yalan danışmaqda ittiham edib.

Səbinənin dediklərinə Pərvin cavabsız qalmayıb. Məsələ ilə bağlı sosial şəbəkədə paylaşım edən aktrisa hər şeyi danışacağını deyib:

“Bayram günü məni qıcıqlandırmayın. Qoyun, yerimdə sakit oturum. İstəmirəm kimləsə konfliktə girim və qalmaqal yaşayım. Mən nə efirdə, nə həyatda yalan danışmışam və danışmayacam da. Buna görə hamı mənə düşmən olursa, başım-gözüm üstündə. Mən danışmasam belə, bilənlər hər şeyi gözəl bilir. Çox dirəşməyin, çox danışmayın, baş qaldırıb hər şeyi açığa çıxarmaq istəmirəm”.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir