Özəlləşdirmə çeklərinin bərpası və ümidini itirməyən vətəndaşlar — SORĞU / VİDEO

Özəlləşdirmə çekləri 1996-cı ildə tarixi sosial ədaləti təmin etmək üçün ulu öndər Heydər Əliyev tərəfindən 1997-ci ildə anadan olmuş bütün ölkə vətəndaşlarına miras əmlak payı olaraq verilib.

Millitribuna.az yenicag.az-a istinadən xəbər verir ki, bu çeklər dövlət qiymətli kağızları olmaqla yanaşı, həm də mülkiyyət hüququ daşıyır.

Qeyd edək ki, bu çeklərin hər birinin dəyəri eynidir. Özəlləşdiriləcək bütün dövlət əmlakının 65 faizi özəlləşdirmə çekləri vasitəsilə aparılmalıdır. Eyni zamanda, bu özəlləşdirmə paylarının banklarda girov qoyulması hüququ qanunla təmin olunub. Bu o deməkdir ki, özəlləşdirmə çeklərinin hər birinə dövlət əmlakından düşən səhmlərin dəyəri eyni olmalıdır.

1997-ci ildə Əmlak Komitəsinin 222 nömrəli əmri ilə bir özəlləşdirmə payının qiyməti 2 000 ABŞ dollarında hesablanıb. Ulu öndər Heydər Əliyevin təsdiqlədiyi və bu gün də qüvvədə olan özəlləşdirmə haqqında əsasnamənin 5-ci bəndi ilə özəlləşdirmə çekləri indi də dövriyyədə olmalı idi. Lakin mövcud vəziyyətdə sözügedən çeklərin tədavülü qeyri-qanuni şəkildə dayandırılıb.

Reallıq isə budur ki, bu gün əlində çeki qalan kifayət qədər vətəndaşlarımız var.

Yenicag.az olaraq bu mövzu ilə bağlı paytaxt sakinləri ilə aparılan sorğunu təqdim edirik:

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *