“Övlad kimi sevirsə, onunla da evlənməlidir”

“Övladlarımın Ramal, Mirkamil kimi musiqi istedadı olmadı. Onlar başqa sahədə inkişaf etdilər. Qızım Nəzrinin başqa yolu var, rəssamlıqla məşğuldur. Böyük oğlum proqramistdir. Kiçik oğlumun isə başqa istedadı var. Böyük qızım isə ailəlidir. Uşaqları valideynin yönəltməsinin tərəfdarı deyiləm”.

Millitribuna.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Mələkxanım Eyubova “Səhər mərkəzi” verilişində deyib. Xanəndə valideynlərin övladın seçimlərinə qarışmasını tənqid edib:

“Valideyn deməməlidir ki, bu yolla get, onunla evlən. Valideyn dəstək olmalıdır, uşaq hansı sahəyə özünü hazır bilirsə, o yolda özünü inkişaf etdirsin. Bəzi valideynlər məcbur deyir oxumalısan. Heç uşağın səsi də yoxdur. Kimi sevir evlənsin, hansı sənəti istəyir ona doğru getsin”.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir