Ölkə tarixində ilk dəfə vəkillərin sayı 2 mini keçdi

Vəkillər Kollegiyasının Rəyasət Heyətinin bu gün keçirilən növbəti iclasında vəkilliyə qəbul üzrə ixtisas imtahanlarından müvəffəqiyyətlə keçmiş və icbari təlimi başa vurmuş 98 namizədin təntənəli surətdə andiçmə mərasimi keçirilib, vəkilliyə namizədlər vəkil andı içiblər.

Kollegiyadan verilən məlumata görə, bununla da, son üç ildə Vəkillər Kollegiyası üzvlərinin sayı 2.5 dəfə artaraq, 840-dan 2025-ə çatıb.

İclas zamanı yeni vəkillər çıxış edib, vəkillik sahəsində son dövrdə həyata keçirilən islahatlar və görülən işlərlə bağlı fikirlərini söyləyib, o cümlədən bu peşəni seçdikləri üçün məmnun olduqlarını bildiriblər.

Sonda iclasda Vəkillər Kollegiyasının fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən sair məsələlər müzakirə edilib.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir