“Olimpiakos”un baş məşqçisi: “Səhv edəndə cəzasını çəkirsən”

“Matça çox yaxşı başladıq. Ümumilikdə oyuna nəzarət edirdik. İkinci hissədə isə səhvlərimiz oldu. Bu turnirdə isə səhvə yol verəndə cəzasını çəkirsən”.

Millitribuna.az-ın məlumatına görə, bunu “Olimpiakos”un baş məşqçisi Miçel Qonsales Yunanıstanda “Qarabağ”a 0:3 hesabı ilə uduzduqları UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyunundan sonra mətbuat konfransında deyib.

İspaniyalı mütəxəssis bildirib, uduzanda mütləq nəyəsə peşman olursan: “Əvəzetmələr yerində idi. Sadəcə, alınmadı. Oyuna nəzarəti itirdik və əks hücumda qol buraxdıq. Bundan sonra səhvlərimizi görməli, onları düzəltməyi öyrənməli və hansı kluba aid olduğumuzu bilməliyik”.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir