“OBA” şəhid və qazi övladlarını bayram münasibətilə təbrik edib

“Veysəloğlu” Şirkətlər Qrupuna daxil olan “OBA” marketlər şəbəkəsi 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə daha bir sosial layihə həyata keçirib.

Millitribuna.az xəbər verir ki, hər zaman şəhid və qazi övladlarına xüsusi qayğı ilə yanaşan “OBA Market” MMC bu dəfə də onları sevindirməyə çalışıb.

“Qazilər” Vətən Müharibəsi İştirakçıları və Ailələrinə Sosial Dəstək İctimai Birliyi ilə birlikdə həyata keçirilən layihə çərçivəsində 50-dən çox şəhid və qazi övladı Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrında “Göyçək Fatma” tamaşasını izləyib. Tamaşa şən personajlar, əyləncəli ssenari və musiqiləri ilə uşaqlara bayram-əhval ruhiyyəsi bəxş edib.

“Qazilər” Vətən Müharibəsi İştirakçıları və Ailələrinə Sosial Dəstək İctimai Birliyinin sədri Ceyhun Ağayev şəhid və qazi övladlarına diqqətə görə “OBA” marketlər şəbəkəsinə təşəkkür edib:

“1 İyun – Uşaqların Beynəlxalq Hüquqlarının Müdafiəsi Günü münasibətilə “OBA” marketlər şəbəkəsinin təşkilatçılığı, maddi dəstəyi və “Qazilər” Vətən Müharibəsi İştirakçıları Ailələrinə Sosial Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə 50-dən çox şəhid, qazi övladına Azərbaycan Dövlət Kukla Teatrında tədbir keçirildi. Tədbiri keçirdiyi, təşkilatçılıq etdiyi və şəhid, qazi övladlarını bugünkü gündə tək qoymadıqları üçün İctimai Birliyimiz adından “OBA” marketə öz minnətdarlığımızı bildiririk”.

Tamaşadan sonra uşaqlara müxtəlif hədiyyələrdən ibarət bağlamalar təqdim edilib. Həmçinin, nağıl və cizgi film personajları teatra dəvət edilib, onlar uşaqların vaxtlarının daha da maraqlı keçməsi üçün müxtəlif əyləncələr tərtib ediblər.

Tədbir zamanı ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş döyüşçülərin əziz xatirəsi yad edilib.

Şəhid və qazi ailələri tədbirin sonunda diqqət və qayğıya görə “OBA” marketlər şəbəkəsinə təşəkkürlərini bildiriblər.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.