Nyu-Yorkda marixuananın istifadəsinə icazə verildi

ABŞ-da Nyu-York Dövlət Qanunverici Məclisinin hər iki palatası marixuana istifadəsini leqallaşdırmaq barədə qanunun lehinə səs verib.

Millitribuna.az xəbər verir ki, bu barədə “Axios” nəşri xəbər yayıb.

Qanun layihəsi bununla əlaqəli ittihamlarla mühakimə olunan minlərlə ştat sakininin hökmünü aradan qaldıracaq.

2020-ci ildə narkotiklərlə əlaqəli həbslərin 94 faizi qaradərili əhali arasında qeydə alınıb.

Bundan əlavə, səlahiyyətlilər yeni sənayenin 30-60 min yeni iş yeri yaradacağını və xəzinəyə hər il əlavə 350 milyon dollar daxil olacağını gözləyirlər.

Ştatın qubernatoru Endryu Kuomo artıq qanun layihəsini imzalayacağını deyib. Qeyd edilir ki, bundan sonra Nyu-York marixuana istifadəsinə icazə verilən 15-ci ABŞ ştatı olacaq.(oxu.az)

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *