Nyu-Yorkda fövqəladə vəziyyət elan edilib

ABŞ-ın Nyu-York ştatının qubernatoru Keti Hocul yeni növ koronavirus infeksiyasına yoluxanların sayının artması fonunda ştat ərazisində fövqəladə vəziyyətin elan edilməsi ilə bağlı fərman imzalayıb.

Millitribuna.az xəbər verir ki, sənəd qubernatorun saytında yerləşdirilib.

Qeyd olunub ki, ötən ay ərzində ştatda gündəlik yoluxma sayı 300 nəfər təşkil edib.

“Mən, Nyu-York ştatının qubernatoru Keti Hochul, konstitusiya əsasında və ştatın qanunları ilə mənə verilmiş səlahiyyətlərə görə 2022-ci il yanvarın 15-dək bütün Nyu-York ştatında fövqəladə vəziyyət elan edirəm”, sənəddə deyilir.

Son məlumatlara görə, regionda 182 644 nəfər koronavirusa yoluxub. Son sutka ərzində 6 295 yeni yoluxma faktı müəyyən edilib.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *