Gələcək təbliğat və təşviqat işlərinə yeni baxış strategiyasına əsasən, soyqırımı həqiqətlərini dünyaya çatdırmağı qarşısına məqsəd qoyan, Quba Soyqırımı Memorial Kompleksi Ali təhsil müəssisələri ilə davamlı olaraq əməkdaşlıq edir.
Millitribuna.az xəbər verir ki, növbəti Anlaşma Memorandumu Quba Soyqırımı Memorial Kompleksi və Bakı Dövlət Universitetinin Tarix fakültəsi arasında imzalandı. Memorandumda hər iki qurum arasında daha sıx əməkdaşlağın qurulması, beynəlxalq və respublika əhəmiyyətli simpozium, konfrans və bu kimi tədbirlərin keçirilməsi, elm və mədəniyyət sahəsində mübadilə, yay məktəblərinin təşkili KİV-i, sosial şəbəkə platformasında birgə təbliğat işlərinin aparılması prioritet istiqamətlər kimi müəyyənləşdirilmişdir.