Nizami Gəncəvinin qəzəlləri Fransada çap olunub

Nizami Gəncəvinin qəzəlləri Fransada çap olunub.

Millitribuna.az xəbər verir ki, kitab dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə çap olunub.

Öz əsərlərində sülh, ədalət, humanizm, yüksək əxlaq, azadlıq və bərabərlik kimi ideal və dəyərləri təbliğ etmiş dahi mütəfəkkirin “Xəmsə”sinə daxil olan poemalarından ibarət kitab Fransanın məşhur Maisonneuve et Larose və Hémisphères Editions nəşriyyat evləri tərəfindən çap olunub.

Şairin aforizmləri ilə müşayiət olunan qəzəllərindən ibarət 128 səhifəlik kitabın tərcüməçisi Əli Musayevdir.

Kitabda şairin poemalarının motivləri əsasında çəkilmiş çoxlu sayda əsrarəngiz miniatürlər də yer alıb. Miniatürlərin müəllifi Pərnisə Əsgərovadır.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *