Nişan məclisi keçirən şəxslər cərimələndi

İmişli Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfndən karantin rejimi qaydalarının pozulması hallarının qarşısnın alınması istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətininn Bərdə regional qrupundan verilən məlumata görə, İmişli RPŞ-nin əməkdaşları tərəfindən xüsusi karantin rejimi ilə əlaqədar aparılan reydlər zamanı rayonun Şahverdili kəndindəki fərdi yaşayış evində nişan məclisi keçirməyə cəhd göstərən şəxslər müəyyən edilib.

Polis əməkdaşları tərəfindən məclis dayandırılıb, 2 nəfər barəsində isə qanunamüvafiq tədbir görülüb.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *