Neymar cəzalandırıldı

Fransa PSJ-sinin futbolçusu Neymar cəzalanıb.

Millitribuna.az xəbər verir ki, Liqa 1-in 31-ci turunun «Lill»lə matçında (0:1) qırmızı vərəqə alan braziliyalı hücumçu 2 oyunluq diskvalifikasiya olunub.

Qeyd edək ki, 29 yaşlı forvard sözügedən görüşün 90-cı dəqiqəsində qonaq komandanın müdafiəçisi Tyaqu Caloya qarşı kobudluqdan sonra ikinci vərəqə görərək, meydandan qovulub. Bu zaman oyunçular arasında mübahisə düşüb. Neymar final fitindən sonra meydanın kənarında rəqibin qarşısını kəsib və onu itələyib. İnsidentin böyüməsinə hər iki klubun rəsmiləri mane olublar.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *