“Netflix” rəhbərinin məvacibi açıqlanıb

“Variety” jurnalı pandemiya dövründə ABŞ-ın aparıcı media şirkətləri rəhbərlərinin məvacibləri baradə araşdırmanın nəticələrini dərc edib.

Millitribuna.az-ın məlumatına əsasən, 2020-ci il ərzində “Netflix” yayım xidmətinin başçısı Rid Hastinqin məvacibi 43.2 milyon dollar təşkil edib.

Pandemiya dövründə servisin xidmətlərinə artan tələbat onun sahiblərinə külli miqdarda gəlir qazandırıb. Təkcə onu demək kifayətdir ki, ötən il ərzində “Netflix”in abunəçilərinin sayı 37 milyon nəfər artıb.

Bununla yanaşı, şirkət 600 milyon dollar dəyərində səhm satıb.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *