Neftin qiyməti 2035-ci ildə 70 dolları keçə bilər

Dünya bazarında neftin qiyməti 2025-ci ilə qədər bir barel üçün 50-75 dollar arasında dəyişə bilər.

Millitribuna.az xəbər verir ki, bu barədə məlumat Rusiyanın neft sənayesinin Baş sxeminin layihəsində verilir.

İlkin ssenariyə görə, 2020-ci illərin ikinci yarısında neft qiymətləri bir barel üçün 50-60 dollar aralığında olacaq və 50 dollardan əhəmiyyətli dərəcədə aşağı düşməyəcək.

“2020-2022-ci illərdə hasilat aktivlərinə qoyulan investisiyanın aşağı səviyyəsi qiymətlərin bir barel üçün 50-60 dollar və daha yüksək səviyyədə qalmasını (OPEC+ çərçivəsində hasilatın tənzimlənməsi davam edərsə) şərtləndirəcək”, — sənəddə deyilir.

“Brent” markalı neftin bir barelinin qiymətinin 2030-cu ilədək orta hesabla 70 dollar, 2035-ci ilədək 73 dollar, 2040-cı ilədək 71 dollar təşkil edəcəyi gözlənilir.

2020-ci ildə “Brent” neftinin bir barelinin illik ortalama qiyməti 42 dollar olub. “Urals” neftinin bir bareli isə orta hesabla 41 dollara satılıb.(report)

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *