“Neftçi” – “Aris” oyununun biletləri satışa çıxarılıb

UEFA Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Neftçi” – “Aris” (Limassol) oyununun biletləri “Bakcell Arena” stadionunun kassalarında satışa çıxarılıb.

Millitribuna.az xəbər verir ki, biletlərin qiyməti 2 (1A, 2A, 4A, 5A, 1B, 2B), 5 (3B) və 10 (VİP, 3A) AZN təşkil edir.

Biletlərin onlayn satışı isə “Iticket.az”da davam edir. Biletləri onlayn əldə etmək istəyənlər aşağıdakı keçidə daxil ola bilərlər:
https://iticket.az/events/sport/neftci-pfk-aris-limassol

Qeyd edək ki, iyulun 28-i “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Aris” oyunu saat 21:00-da başlanacaq.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.