Neft bazarında bu il təklif tələbi üstələyəcək

ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Agentliyi (EIA) 2021-2022-ci illərdə neft və digər maye karbohidrogenlər bazarında tələbatın təklifi üstələyəcəyini gözləyir.

Millitribuna.az-ın EIA-in aylıq hesabatına istinadən verdiyi məlumata görə, 2021-ci ildə neft bazarında gündəlik təklifin 96,68 mln. barel (öncəki proqnoz – 97,1 mln. barel), tələbin isə 97,67 mln. barel (öncəki proqnoz – 97,5 mln. barel) səviyyəsində olacağı proqnozlaşdırılır. Beləliklə, EIA bu il neft bazarında 990 min barel həcmində defisit qeydə alınacağını proqnozlaşdırır.

Bununla yanaşı, qurum 2022-ci ildə neft bazarında təklifin 101,12 mln. barel (öncəki proqnoz – 101,2 mln. barel), tələbatın isə 101,32 mln. barel  (öncə ki proqnoz — 101,33 mln. barel təşkil edəcəyini gözləyir.

Beləliklə, EIA gələn il neft bazarında 20 min barel həcmində defisitin qeydə alınacağını proqnozlaşdırır.(apa)

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *