Nazirlik rəsmisi: “Koronavirusun daim yeni mutasiyaları yaranacaq”

“Birinci doza vaksini vurdurduqdan sonra ikinci dozanı vurdurmayan şəxsin uzun müddətdən sonra vaksin üçün yenidən müraciət etməsi qüvvətləndirici dozanı vurdurması demək deyil”.

Millitribuna.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.

O bildirib ki, həmin şəxs yenidən müraciət etdikdə ilk dozanı almış olacaq: “Sonradan mərhələli şəkildə ikinci və üçüncü dozanı qəbul etmiş olurlar”.

“Koronavirusun yeni mutasiyaları daim olacaq. Pandemiya hələ də davam edir. Nə qədər ki pandemiyanın qarşısı alınmayacaq, yeni mutasiyaların olması da qaçılmazdır. Buna görə də peyvəndləmə göstəricisi yüksək olmalıdır”, – o vurğulayıb.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir