Nazir müavini: “Qarabağ yaşıl enerji zonasına çevriləcək”


“Azərbaycan Qarabağın yaşıl enerji zonasına çevrilməsi üzərində çalışır”.

Millitribuna.az xəbər verir ki, bunu Azərbaycanın energetika nazirinin müavini Elnur Soltanov Azərbaycan-Avropa İttifaqı biznes forumunda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, işğaldan azad edilmiş müxtəlif regionlar fərqli potensiala malikdir.

O, indiyədək Qarabağda 4 kiçik Su Elektrik Stansiyasının (SES) işə salındığını, daha 5-i üzərində iş aparıldığını bildirib.

Nazir müavini Azərbaycanda 2030-cu ilədək Milli İnkişaf Strategiyası çərçivəsində 5 əsas istiqamətin müəyyən edildiyini, onlardan birinin təmiz ətraf mühit olduğunu xatırladıb.

E.Sultanov Azərbaycanın 2050-ci ilədək atmosferə atılan tullantıların həcmini 40% azaltmağı hədəflədiyini bildirib.(report)

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.