Nazir: «Həssas olmalıyıq ki, bizimlə əməkdaşlıq etsinlər»

Mədəniyyət naziri Anar Kərimov Azərbaycan filmlərinin «Netflix» kino platformasında nümayişinin əhəmiyyətindən danışıb.

Millitribuna.az xəbər verir ki, o, “Mədəniyyət Nazirliyi: 2021-ci il üzrə Hədəflər və Nəticələr” mövzusunda keçirilən mətbuat konfransında «Netflix»in Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu bildirib.

Onun sözlərinə görə, müəyyən standartlar var və Azərbaycan filmlərində də bu standartlar nəzərə alınmalıdır:

«Netflix»də filmlərimizin nümayiş olunması ölkənin təbliğatıdır. Həssas olmalıyıq ki, bizimlə əməkdaşlıq etsinlər. Etimad qursaq, əminəm ki, bizlə işləyəcəklər».

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *