Nazim: “Daha toylara getməyəcəm”

Müğənni Nazim Pişiyari səhnə fəaliyyətinə son qoymağı planlaşdırır.

Millitribuna.az xəbər verir ki, bu barədə sənətçi “10-da görüşək” proqramında deyib. O, yaxın illər ərzində verilişlərə və toy mərasimlərinə getməyəcəyini bildirib:

“Hesab edirəm, səhnədən getmək vaxtı yaxınlaşır. Düşünmürəm ki, 80 yaşına qədər oxumaq lazımdır. Bunu yalnız özümə şamil edirəm, subyektiv fikrimdir. Stop deməyi də insan bacarmalıdır. Təxmini 5 ildən sonra öz fəaliyyətimi dayandıracağam. Toy şənliklərinə isə daha getməyəcəm”.

Qeyd edək ki, Nazim Pişiyarinin 53 yaşı var.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.