“NATO Gürcüstan və Ukrayna ilə tərəfdaşlığı gücləndirəcək”

“Gürcüstan və Ukrayna ilə əməkdaşlığın möhkəmləndirilməsi məsələsi NATO-nun Madrid sammitində müzakirə olunacaq”.

Millitribuna.az xəbər verir ki, bunu Alyansın Baş katibi Yens Stoltenberq deyib.

Onun sözlərinə görə, sammitdə hansı qərarların qəbul olunacağı barədə danışmaq hələ tezdir: “Əminəm ki, müttəfiqlər bu günə qədər qəbul edilmiş, həmçinin Gürcüstan və Ukraynanın Avroatlantik səyləri ilə bağlı qərarları dəstəkləyəcəklər”.

Baş katib qeyd edib ki, NATO Ukrayna və Gürcüstanla əməkdaşlıq və tərəfdaşlığı gücləndirməkdə davam edəcək.

Qeyd edək ki, Madrid sammitinin tarixi hələ məlum deyil. Tarixin yaxın zamanlarda elan olunacağı gözlənilir.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir