NATO baş katibi: Ukraynada müharibə hələ uzun sürəcək

NATO-nun baş katibi Yens Stoltenberq israrla bildirib ki, Alyansdakı müttəfiqlər Ukraynanı lazım olduğu qədər silahla təmin etməlidir.

Millitribuna.az  xəbər verir ki, Stoltenberq Ukraynadakı müharibənin uzunmüddətli olacağını vurğulayıb.

Stoltenberqin sözlərinə görə, NATO müttəfiqlərinin silah tədarükünü dayandırmamaq üçün “siyasi və mənəvi öhdəlikləri” var.

“Biz NATO müttəfiqlərinin uzun müddətdir etdikləri kimi, Ukraynaya müasir, ağır silahlar təqdim etməliyik və Alyans dəstək verməkdə rol oynamalıdır”, – Stoltenberq vurğulayıb.

O deyib ki, Ukraynada müharibə əslində hələ 2014-cü ildə, Rusiya Krımı ilhaq edən və Ukraynanın şərqindəki silahlıları dəstəklədiyi vaxt başlayıb.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.