Narkotikə görə 24 mindən çox şəxs tutulub

2015-2021-ci illər ərzində cinayət məsuliyyətinə 24 440 nəfər cəlb olunub.

Millitribuna.az  xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə Üzrə Dövlət Komissiyasının hesabatında bildirilib.

Qeyd edilib ki, onlardan 485 nəfəri qadın, 437 nəfəri xarici ölkə vətəndaşı olub.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı ilə mövcud qanunvericiliyə uyğun olaraq, müsadirə edilmiş külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını Məhvetmə Komissiyasıtərəfindən 2662 məhkəmə hökmü ilə barəsində məhvetmə qərarı çıxarılan 6 ton 006 kiloqramdan artıq müxtəlif növ narkotik vasitə və psixotrop maddə aidiyyəti təşkilatların və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə yandırma yolu ilə məhv edilib.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.