“Namusuma, ailəmə söz deyəni bağışlamaram” – Zülfiyyə Xanbabayeva

Xalq artisti Zülfiyyə Xanbabayeva Xəzər TV-də yayımlanan “Persona” verilişinin qonağı olub.

Millitribuna.az axşam.az-a istinadən xəbər verir ki, müğənni qızı Dənizdən danışıb. O bildirib ki,

“Bütün arzularım, xəyallarım qızım Dənizlə bağlıdır. Ömrümün sonuna xədər arzularım bitməyəcək. Onda mənim üçün həyat bitər. Maraqlarımız hər şeydə uyğun gəlmir. Mübahisələrimiz daha çox olur. Adi bir şeyin üstündə mübahisə ediri: geyimdə, musiqidə, filmə baxanda. Zaman elə gətirib ki… Onun zamanı ilə uyğunlaşmağa həm hazır, həm razıyam. Elə şey ola bilər ki, ondan öyrənə bilərəm”.

Xanbabayeva ona ünvanlanan “Həyatda nəyi bağışlamaq olmaz” sualına belə cavab verib:

“10 il əvvəl deyərdim, çox şeyi bağışlamaq olmaz. Amma bu gün çox şeyi bağışlamaq olar. Mənim şərəfimə, ailəmə, ləyaqətimə bir söz deyəni bağışlamaram. Deyirlər, xəyanət bağışlanmaz. Amma baxır xəyanət necə edilib. İndiki zamanda çox şeyin üstündən keçə, su içə bilərəm. Amma namusa, ləyaqətə deyilən sözü bağışlamaram.

Kənardan gəldi keçər mənə xəyanət edə bilməz. Məni üzən dəyər verdiyim insan ola bilər. Kənardan məni incidən olsa, 1 saat fikirləşərəm. yaxınım məni incitməsin. Vətənə xəyanət olmasın. Başqa xəyanəti düzəltmək olar”.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir