Nəşi tapılan Azərbaycan hərbçisinin şəxsiyyəti müəyyənləşib

Vətən müharibəsi zamanı itkin düşən və nəşi tapılan Azərbaycan hərbçisinin şəxsiyyəti müəyyənləşib.

Millitribuna.az xəbər verir ki, bu barədə “Report”un Qərb Mərkəzinə Goranboy Rayon İcra Hakimiyyətinin icra başçısının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Rafət Qurbanov məlumat verib.

Onun sözlərinə görə, bir müddət öncə tapılan nəşin İxtiyar İlqar oğlu Əliyevə məxsus olduğu dəqiqləşib.

Mərhumun nəşi sabah ailəsinə təhvil veriləcək və rayonun Goran kəndində dəfn olunacaq.

Qeyd edək ki, İ.Əliyev ötən il oktyabrın 6-da Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak edib və sonradan ondan xəbər alınmayıb.

Mərhum ailəli idi, övladı yoxdur.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir