«Nəqliyyat əlaqələrinin açılması üçün yaxşı perspektivlər var» — Zaxarova

«Rusiya Cənubi Qafqazda nəqliyyat əlaqələrinin blokdan çıxarılması üçün yaxşı perspektivlər görür».

Millitribuna.az xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə deyib.

Zaxarova bildirib ki, Rusiya 2020-ci il noyabrın 9-da və 2021-ci il yanvarın 11-də ən yüksək səviyyədə əldə edilmiş razılaşmaların ardıcıl şəkildə həyata keçirilməsinin tərəfdarıdır:

«Bunlar, həmçinin Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin açılmasını da əhatə edir. Bu məsələ ilə üç ölkənin baş nazirlərinin müavinlərinin sədrlik etdiyi üçtərəfli işçi qrupu məşğul olur. Biz bütün tərəflərin maraqlar balansını nəzərə alaraq, regionda nəqliyyat əlaqələrinin blokdan çıxarılması üçün yaxşı perspektivlər görürük. Həmçinin, bloklandan çıxarılan marşrutlar üzrə beynəlxalq daşımaların beynəlxalq razılaşmalar və hər bir tərəfin milli qanunvericiliyi əsasında həyata keçirilməsi prinsipindən çıxış edirik».

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *