«Nəfəs» ictimai Birliyi Şəhid övladının ad gününü qeyd etdi

Sizi yenicə 1 yaşına qədəm basmış Alituranla tanış etmək istəyirik. Atası – qəhrəman şəhidimiz Hüseynli İbrahimin son arzusuna əsasən Alituran adlandırılıb.

“Yeni Gündəm” xəbər verir ki, “Nəfəs” İctimai Birliyinin sədri Firəngiz Balakişiyeva açıqlamasında qeyd etdi ki, kiçik qəlbi ilə həyata tutunmağa çalışan Alituranı artıq 1 ildir ki, “Nəfəs” İctimai Birliyi olaraq himayəmizə almışıq və maddi-mənəvi bütün ehtiyaclarını öhdəliyimizə götürmüşük.Onun ilk yaşını qeyd etmək, doğum günündə iştirak etmək isə bizim üçün olduqca qürurvericidir. Gözəl balamıza Allahdan uzun, sağlam və xoşbəxt ömür arzu edirik.

Bizim firəvan gələcəyimiz üçün öz həyatlarını qurban verən şəhidlərimizin ailələri və övladları ən dəyərli sərvətimizdir. Onları qorumaq, qayğısına qalmaq, daim diqqət mərkəzində saxlamaq isə mənəvi borcumuzdur.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *