Musa Quliyev “Şöhrət” ordeni ilə təltif edilib

Prezident İlham Əliyev Musa İsa oğlu Quliyevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Millitribuna.az xəbər verir ki, o, Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirakına görə təltif olunub.

Qeyd edək ki, noyabrın 25-də Milli Məclisin deputatı, parlamentin Əmək və sosial siyasət komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, tibb üzrə fəlsəfə doktoru, şair-publisist Musa Quliyevin 60 yaşı tamam olur.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *