Müqaviməti artıran, virusdan qoruyan — Bitki çayı

Kəklikotunun faydaları haqda çoxsaylı məlumatlar var. Uzun illərdir ki, bu bitki soyuqdəymənin, zökəmin, qripin, eləcə də yüksək təzyiqin dərmanı sayılıb. Pandemiya dövründə onun ən aktual olan faydalı xüsusiyyətlərindən biri — virusdan qoruyucu, immun sistemini gücləndirmək olması haqda məlumat vermişik.

Millitribuna.az xəbər verir ki, daha bir mütəxəssis bununla bağlı fikirlərini açıqlayıb, pandemiya dövründə immuniteti gücləndirmək üçün kəklikotu tövsiyə edib. Türkiyədən olan həkim, qidalanma və diet mütəxəssisi, dosent İsmail Özkaya yerli mediaya koronavirusa qarşı toxunulmazlığı gücləndirmək üçün kəklikotu və kəklikotu məhsullarının istifadəsi barədə danışıb: «Kəklikotu, bədən müqavimətini artıran və mikrob öldürmə xüsusiyyətlərinə sahib təbii bir dezinfeksiyaedici maddə olaraq istifadə olunan güclü bir antioksidantdır. Kəklikotu dəmləməsi və kəklikotu yağı bədəndə müqavimət yaradır və toxunulmazlığı gücləndirir».

Onun sözlərinə görə, virusdan qorunma tədbirlərinə tam əməl etmək, sağlam və balanslı qidalanma, keyfiyyətli yuxu və idmanla yanaşı immunitet sisteminin də təbii şəkildə gücləndirilmək lazımdır. Düzgün təbii dayaqlar, doğru bitki çayı qəbulu da immunitet sistemimizi gücləndirir, xəstələnmə riskini azaldır və ya bir az da olsa aradan qaldırmağa kömək edir. O, kəklikotunun virus infeksiyalarına qarşı antiviral və antioksidant xüsusiyyətlərə malik olduğunu qeyd edərək bu səbəbdən də tez-tez qəbul olunmasını məsləhət görüb.

Mütəxəssis bildirib ki, kəklikotu bir çox xəstəlik üçün faydalıdır: «Kəklikotu, bədənin müqavimətini artıran və mikrob öldürmə xüsusiyyətlərinə sahib təbii bir dezinfeksiyaedicidir, güclü bir antioksidantdır. Kəklikotu suyu və kəklikotu yağı bədəndə müqavimət yaradır. Qışda astma, bronxit və ağır öskürək üçün də faydalıdır. İki fincan qaynadılmış isti suyu bir çay qaşığı kəklikotu əlavə olunaraq 15 dəqiqə dəmlənir və sonra süzülür. Gündə ən çox 2 stəkan içilə bilər. Həzmsizlik, revmatizm ağrısı, dəri problemləri üçün də faydalı olan bu çayda A və C vitaminləri çoxdur. Həmçinin ürəyin sağlamlığını qoruyur və yüksək qan təzyiqinin mənfi təsirlərini azaldır».

İ.Özkaya deyib ki, kəklikotu yağını bir stəkan suya 1-2 damcı tökməklə içmək də olar: «Həmçinin 3-4 damcı kəklikotu yağını 1 litr qaynar suya damcıladıb buxarından faydalanmaq olar. Ancaq hamilə qadınlar və süd verən analar bunu istifadə etməməlidirlər. Hər şeyin çoxunun zərərli olduğunu unutmamalıyıq».

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *