Moldovada fövqəladə vəziyyət rejimi daha 45 gün uzadılıb

Moldova Parlamenti iyunun 24-də başa çatacaq fövqəladə vəziyyət rejimini Ukraynadakı vəziyyətlə əlaqədar daha 45 gün uzadıb.

Millitribuna.az  xəbər verir ki, bu qərar Moldova Parlamentinin iclasında qəbul edilib.

“Faktlar göstərir ki, qonşu ölkədə hərbi əməliyyatlar səngimir. Odur ki, Moldova Respublikası üçün təhlükəsizlik, o cümlədən iqtisadi, enerji, humanitar və hərbi risklər qalır. Bu vəziyyətdə fövqəladə vəziyyət rejiminin uzadılmasını məqsədəuyğun hesab edirik”, – Moldovanın Baş naziri Natalya Qavrilitsa deputatlar qarşısında çıxışında bildirib.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.