Mingəçevirdə yol qəzası: Yaralılar var

Mingəçevir şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

Millitribuna.az-ın məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində baş verib.

Şəhər ərazisində hərəkətdə olan VAZ-21099 markalı avtomobil “Ford” markalı yük maşını ilə toqquşub. İlkin məlumata görə, hadisə nəticəsində altı nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar yaxınlıqdakı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *