Mikayıl Cabbarov: «I rübdə qeyri-neft ixracı 16 % artıb»

Bu ilin I rübündə Azərbaycanın qeyri-neft ixracının dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,4 % artaraq 501,6 milyon ABŞ dolları təşkil edib.

Millitribuna.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

“Bu, Azərbaycan iqtisadiyyatının koronavirus (COVID-19) pandemiyası dövründə də dayanıqlığının göstəricisidir. 2021-ci ilin yanvar-mart ayları üzrə qeyri-neft ixracının həcmi müstəqillik illərinin analoji dövrü ilə müqayisədə rekord göstəricidir. Bu ilin ilk 3 ayında qeyri-neft məhsullarının ixracı ilk dəfə olaraq 500 milyon ABŞ dollarını ötüb”, — deyə nazir əlavə edib.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *