Mikayıl Cabbarov: “Azərbaycan qeyri-neft ixracını 31% artırıb”

“Bu ilin yanvar-may aylarında Azərbaycanın qeyri-neft məhsullarının ixracının dəyəri ötən ilin eyni dövrünə nisbətən 30,9% artaraq, 1 milyard 188 milyon ABŞ dolları təşkil edib”.

Millitribuna.az  xəbər verir ki, bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” hesabında qeyd edib.

“İqtisadiyyatın şaxələndirilməsi tədbirləri nəticəsində qeyri neft məhsullarının ixracındakı müsbət tendensiya davam edir”, – deyə o, qeyd edib.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.