Metroda QR ödəniş sistemi tətbiq olunacaq

Bakı metropoliteninin sərnişinləri gediş haqlarını QR-kod vasitəsilə həyata keçirə biləcəklər.

Millitribuna.az xəbər verir ki, bunu «Baku Transit Forum 2021 Smart City» tədbirində çıxış edən «Bakı Metropoliteni» QSC-nin işarəvermə və rabitə xidmətinin rəisi Elçin Məmmədov deyib.

Onun sözlərinə görə, bu və digər növ ödənişlərin həyata keçirməsinə imkan yaradan yeni sistemin qoşulması istiqamətində sınaqlar aparılıb və müsbət nəticələr əldə olunub.

«Metropolitenin fəaliyyətinin bərpasından sonra bu imkanlar istifadəçilərin ixtiyarına veriləcək», — deyə E. Məmmədov qeyd edib.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *