Messi Səudiyyə Ərəbistanının turist siması olacaq


Fransanın PSJ klubunun və Argentina millisinin ulduz futbolçusu Lionel Messi Səudiyyə Ərəbistanının səfiri olacaq.

Millitribuna.az  xəbər verir ki, bu barədə ölkənin turizm naziri Əhməd Əl-Hateb “Arab news”a açıqlamasında bildirib.

Onun sözlərinə görə, 35 yaşlı hücumçu ölkənin turist siması kimi təqdimatla bağlı tədbirlərdə iştirak üçün Səudiyyə Ərəbistanına gedib: “Messini burada salamlamaqdan məmnunam. Qırmızı dənizin xəzinələri ilə tanış olacağınız, Ciddə şəhərindəki turizm festivalına baş çəkəcəyiniz və qədim tariximizi öyrənəcəyiniz üçün həyəcanlanlıyıq. Bu, Lionel Messinin krallığımıza ilk səfəri deyil və sonuncu da olmayacaq”.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.