Messi “Barselona” ilə danışıqlara başlayıb

“Barselona”nın kapitanı Lionel Messi yeni müqavilə ilə bağlı danışıqlara start verib.

Millitribuna.az-ın məlumatına görə, argentinalı superulduzun menecerliyini edən atası Xorxe Messi rəhbərliklə danışıqlara başlayıb.

Ata Messi klub prezidenti Joan Laporta ilə bir neçə dəfə bir araya gələrək məsələni müzakirə ediblər. Lakin danışıqlar hələlik şifahi şəkildə cərəyan edir. Tərəflərin şərtləri və müqavilə müddəti ilə bağlı hələlik məlumat verilməyib.

Qeyd edək ki, Lionel Messinin “Barselona” ilə müqavilə müddəti iyulun 1-nə qədərdir.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *