Messi «Barselona» ilə 2 illik müqavilə imzalayacaq

Lionel Messinin İspaniya «Barselona»sı ilə imzalayacağı yeni müqavilənin müddəti bəlli olub.

Millitribuna.az xəbər verir ki, bu barədə məlumatı italiyalı jurnalist Nikola Skira özünün tvitter səhifəsində paylaşıb.

Onun sözlərinə görə, argentinalı hücumçu Kataloniya təmsilçisinin 2 illik sözləşmə təklifini qəbul edib. Rəsmi açıqlamanın yaxın günlərdə veriləcəyi gözlənilir.

Qeyd edək ki, Lionel Messinin «Barselona» ilə hazırkı müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaq.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *