Merilin Monronun tablosu 195 milyon dollara satıldı

Amerikalı rəssam Endi Uorholun dünyaca məşhur aktrisa Merilin Monroya həsr etdiyi rəsm əsəri 195 milyon dollara satılıb.

Millitribuna.az   xəbər verir ki, bu barədə məlumatı “BBC” yayıb.

Məlumata görə, sözügedən rəsm əsəri, bununla da 20-ci əsrin ən bahalı sənət əsəri olub.

Bildirilir ki, hərrac 170 milyon dollarlıq satış qiyməti ilə başa çatıb və bu qiymət vergilər və rüsumlar nəzərə alınmaqla 195 milyon dollara yüksəlib.

Uorhol “Shot Sage Blue Merilin” adlı rəsm əsərini 1964-cü ildə məşhur bir fotoşəkildən ilhamlanaraq çəkib.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.