“McLaren” yeni kabrioletini təqdim edib

Eksklüziv idman avtomobilləri istehsalçısı “McLaren” yeni kabrioletini təqdim edib.

Millitribuna.az xəbər verir ki, “McLaren 765LT Spider” modeli “Longtail” silsiləsindən olan yeni nümunədir.

28 saniyəyə sürətini 100 km/saata çatdıran, 765 at gücü olan mühərriklə təchiz edilən yeni kabrioletdən elə 765 ədəd də istehsal olunacaq.

Onun satış qiyməti isə 310 min funt-sterlinq (təxminən 733 min manat) təşkil edəcək.

Qeyd edək ki, artıq 2021-ci ildə istehsal ediləcək bütün modellər öncədən satılıb.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir