Maykl Cordanın idman köynəyi satıldı

Əfsanəvi basketbolçu Maykl Cordanın idman köynəyi “Heritage Auctions” vasitəsilə hərraca çıxarılıb.

Millitribuna.az xəbər verir ki, bu barədə “USA Today” məlumat verib.

Məlumata görə, basketbolçunun idman köynəyi 1.38 milyon dollara satılıb ki, bu da hərrac vasitəsilə idmançının geyiminə görə ödənilən rekord məbləğ kimi qeydə alınıb.

Bildirilib ki, Cordan bu idman köynəyi 1982/83-cü illər mövsümündə Şimali Karolina Universiteti komandasının heyətində çıxış edərkən geyinib.

Qeyd olunub ki, öncəki rekord da Cordana məxsus olan və 2020-ci ildə 480 min dollara satılan idman köynəyinə aid olub.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *