May ayında 4 gün iş olmayacaq

May ayında qeyri-iş günlərinin sayı məlum olub.

Millitribuna.az-ın məlumatına görə, bu il 9 May — Faşizm üzərində qələbə günü bazar gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə uyğun olaraq, iş və istirahət günlərinin yeri dəyişdiriləcək, 10 may qeyri-iş günü olacaq.

Nazirlər Kabinetinin 3 dekabr 2020-ci il qərarına əsasən, bu il 13 may (cümə axşamı) və 14 may (cümə) isə Ramazan bayramıdır. Həmin günlər də qeyri-iş günüdür.

Eyni zamanda 28 May — Respublika günü də iş günü hesab edilməyən bayram günüdür. Bu il mayın 28-i cümə gününə təsadüf edir.

Beləliklə, may ayında bayramlarla əlaqədar 4 gün iş olmayacaq.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *