“Maskalarda qurd olması müzakirələri məntiqsizdir”

TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu departamentinin rəhbəri Yaqut Qarayeva son günlər gündəmdə olan maskalarda qurd müşahidə edilməsi ilə bağlı məsələyə münasibət bildirib.

Millitribuna.az xəbər verir ki, TƏBİB rəsmisi bu müzakirələri məntiqsiz hesab etdiyini dilə gətirib.

O, bununla bağlı əhaliyə çağırış edib:

“Başa düşürəm, insanlar baxırlar, məsələ hazırda çox aktuallaşıb. Maska və maskanın istifadəsi yeni bir şey deyil. Bu, bu gün kütləviləşib. Amma biz tibb işçiləri maskaları hər zaman istifadə etmişik.

Hər bir tibb müəssisəsində, əməliyyatxanalarda həkimlər, tibb işçiləri daim maskada gəziblər.

Bu gün maskaların bu qədər müzakirə olunmasını düzgün hesab etmirəm. İnansalar da, inanmasalar da, maskaların tənəffüs sistemi ilə yoluxan xəstəliklərdən qorunmada rolu çox böyükdür.

Maskadan istifadə edən insanlar bilirlər ki, ötən illərlə müqayisədə, qripə də az yoluxmuşuq. O yayılan videolara heç bir rəy bildirmək istəmirəm”.(apa)

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *