Maşında maska taxmaq mütləqdir

Karantin rejiminin sonunadək avtomobillərdə sürücü və sərnişinlərin maskadan istifadə etməsinə nəzarət üçün mütəmadi reydlər keçiriləcək.

Millitribuna.az Baş Dövlət Yol Polisi İdarəsinə istinadən xəbər verir ki, reydlərin cari ilin aprel ayından başlayaraq ilin sonunadək ölkə ərazisində mütəmadi olaraq həyata keçirilməsi planlaşdırılır.

Reyd zamanı xüsusi karantin rejimi müddətinin sonunadək epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin, o cümlədən fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı tələblərin pozulmasına qarşı tədbirlər həyata keçiriləcək.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *