Marsda suyun olması ilə bağlı yeni dəlillər tapılıb


Kembric Universitetindən olan beynəlxalq astronomlar qrupu Marsın cənub qütbünün buz örtüyü altında suyun ola biləcəyinə dair yeni sübutlar tapıb.

Millitribuna.az xəbər verir ki, alimlərin işi “Nature Astronomy” jurnalında dərc olunub.

Tədqiqatçılar buz örtüyünün hündürlüyünü müəyyən etmək üçün NASA-nın “Mars Global Surveyor” kosmik aparatının lazer altimetrindən istifadə edərək buz örtüyünün yuxarı səthini təhlil ediblər.

Təhlil nəticəsində 10-15 km uzunluğunda səth dalğalanmaları, o cümlədən çökəklik və müvafiq qalxma aşkar edilib ki, hər ikisi ətrafdakı buz səthdən bir neçə metr kənara çıxır.

Daha sonra məlumatlar buz örtüyünün altında suyun olmasının onun səthinə necə təsir edəcəyini göstərən kompüter modeli ilə müqayisə edilib.

“Yeni topoqrafik məlumatların və kompüter modelimizin nəticələrinin birləşməsi Marsda ən azı bir yerdə suyun olması ehtimalının güclü olduğunu göstərir. Bu o deməkdir ki, Mars hələ də geotermal cəhətdən aktiv olmalıdır, yalnız o zaman buz örtüyünün altındakı su maye halda qalacaq”, – deyə alimlər qeyd ediblər.

Yer kimi, Marsın da hər iki qütbündə buz örtükləri var. Lakin altında su olan Yerin buz təbəqələrindən fərqli olaraq, Marsdakı buz örtüklərinin soyuq planet iqlimi səbəbindən dibə qədər donduğu düşünülür.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir