“Mançester Yunayted”in baş məşqçisi məlum oldu

İngiltərənin «Mançester Yunayted» klubunun baş məşqçisinin kimliyi bilinib.

Millitribuna.az xəbər verir ki, bu vəzifəyə Ralf Ranqnik gətirilib.

Almaniyada müasir məşqçiliyin “xaç atası” kimi tanınan 63 yaşlı mütəxəssis Moskvanın “Lokomotiv” klubunda idman və inkişaf departamentinin rəhbəri vəzifəsini tərk edərək, bu vəzifəni icra edəcək.

Ranqnik mayın sonuna qədər altı aylıq müqavilə imzalayıb. O, klubda daha iki il məsləhətçi kimi çalışacaq.

Qeyd edək ki, «qırmızı şeytanlar» bir neçə gün öncə baş məşqçi Ule Qunnar Sulşerlə vidalaşıb.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *