Makqreqor Puarye ilə döyüşdən imtina etdi

Qarışıq döyüş ustası Konor Makqreqor həmkarı Dastin Puarye ilə qarşılaşmadan imtina edib.

Millitribuna.az xəbər verir ki, irlandiyalı MMA döyüşçüsü bu barədə özünün “Twitter” səhifəsində yazıb.

Makqreqor həmçinin amerikalının ünvanına təhqiredici ifadələr işlədib.

Qeyd edək ki, bir qədər əvvəl Puarye Makqreqoru yalançılıqda ittiham edib və onu söz verdiyi məbləği xeyriyyə fonduna köçürməməkdə günahlandırıb.

Xatırladaq ki, tərəflər arasındakı son qarşılaşma cari ilin yanvar ayında baş tutub. Döyüşdə Puarye 2014-cü ildəki məğlubiyyətinin əvəzini nokautla çıxıb. Cütlüyün növbəti döyüşü isə iyulun 10-da keçirilməli idi.(oxu.az)

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *