Mahmud Məmmədquliyev: “Rumıniya Azərbaycan üçün mühüm tərəfdaşdır”

“Münaqişədən sonrakı mərhələdə Azərbaycan mövqeyini açıq şəkildə ifadə edib.”.

Millitribuna.az xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan və Rumıniya Hökumətləri arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın 6-cı iclasında xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib.

O vurğulayıb ki, iki ölkə arasında münasibətlər beynəlxalq hüququn əsas prinsipləri nəzərə alınmaqla etimada əsaslanır.

Onun sözlərinə görə, Azərbaycanla Rumıniya enerji sahəsindən tutmuş mədəniyyət sahəsinədək geniş spektrdə əməkdaşlıq edir: “Azərbaycan Rumıniya ilə ticarət əlaqələrini genişləndirməkdə maraqlıdır”.

Azərbaycanın işğaldan azad edilmiş ərazilərindən danışan nazir müavini vurğulayıb ki, 2020-ci ilin noyabrında imzalanmış üçtərəfli bəyanatla münaqişəyə son qoyulub: “Münaqişədən sonrakı mərhələdə Azərbaycan mövqeyini açıq şəkildə ifadə edib. Buraya işğaldan azad edilmiş ərazilərin bərpası və Ermənistanla münasibətlərin normallaşdırılması daxildir. Azərbaycan bu istiqamətdə əməli addımlar atır”.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.