“Məndən halallıq istədi” – Nazpəri İlhamə Quliyeva haqda

“Bağışlamadığım insan yoxdur. Əlbəttə, bağışlamışam. Hətta illər əvvəl mənimlə ciddi konfliktə girən sənət adamlarını da bağışlamışam”.

Millitribuna.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Nazpəri Dostəliyeva “Bağ mövsümü” proqramında deyib. Müğənni aparıcı Murad Əzimzadənin “Bu sənətdə kimi bağışlamamısınız? Sizinlə ciddi konflikti olan sənət adamları gördük. Heç peşman oldunuzmu? O səhvi bir də təkrarlaya bilərlər” sözlərinə belə cavab verib:

“Sevinirəm ki, aciz olmadım. Söhbət dünyadan köçəndən gedir (mərhum Xalq artisti İlhamə Quliyeva nəzərdə tutulur – red.). Onu bağışladım və özüm onun üçün Yasin də oxudum. Allah qəbul etsin. Çünki yuxuma girdi, halallıq istədi. Amma ondan əvvəl artıq onu bağışlamışdım. Böyük Allah bağışlayandır, biz isə onun bəndələriyik”.

Qeyd edək ki, mərhum Xalq artisti İlhamə Quliyeva və Nazpəri Dostəliyeva arasında illərlə qalmaqal yaşanıb. Onların mübahisəsi məhkəməyə qədər gedib çıxıb. İ.Quliyeva Dostəliyevanı məhkəməyə vermiş və 25 min manat təzminat almışdı.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.